ENGİN
ENİŞTE
OBASTAN VİKİ
Engin Akyürek
Engin Akyürek (12 oktyabr 1981, Ankara) — məşhur Türk film və televiziya aktyoru. == Həyatı və Karyerası == Engin Akyürek 12 oktyabr 1981-ci ildə Ankarada doğulub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi tarix bölümünün məzunu olan Engin, "Türkiye'nin Yıldızları" adlı yarışma proqramında birinci olaraq aktyorluğa başladı. Yarışma bitəndən sonra "Yabancı Damat" serialına dəvət aldı. Sonrakı illər Türkiyənin ən məşhur "Karayılan", "Bir Bulut Olsam", "Fatmagül'ün Suçu Ne?", "Kara Para Aşk", "Ölene Kadar", "Sefirin Kızı" seriallarında uğurla baş rolları ifa etdi. Bununla bərabər "Kader", "Bi Küçük Eylül Meselesi", "Çocuklar Sana Emanet", "Bir Aşk İki Hayat" bədii filmlərdə də baş rollara çəkildi. == Filmoqrafiya == === Film === 2006: Kader 2014: Bi Küçük Eylül Meselesi 2018: Çocuklar Sana Emanet 2019: Bir Aşk İki Hayat === Serial === 2004–2007: Yabancı Damat 2007–2008: Karayılan 2009: Bir Bulut Olsam 2010–2012: Fatmagül'ün Suçu Ne?
Engin Alan
Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur. == Həyatı == Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir. == Hərbi karyerası == 1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu.
Engin Hepileri
Engin Hepileri — Türk teatr, film və televiziya aktyoru, teatr rejissoru. == Həyatı və Karyerası == Teatr işlərinə Cağaloğlu Anadolu Litseyindəki orta təhsili əsnasında başlayan Engin Hepileri, 1996-cı ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Bölməsinə daxil oldu. 2002-ci ildə eyni universitetdə aktyorluq sahəsində yüksək lisans təhsilinə başladı və 2005-ci ildə Məzun oldu. == Filmoqrafiya == === Film === 1998: İki Arkadaş 2002: Gülüm 2005: Beyza'nın Kadınları 2007: Başımın Belası 2007: Son Ders 2009: Nefes 2010: Av Mevsimi 2011: Tek Ölüm Yetmez (qısa film) 2011: Celal Tan ve Ailesinin Aşırı Acıklı Hikayesi === Serial === 2002: Canım Kocacığım 2003: Hürrem Sultan 2003: Kampusistan 2005: Emret Komutanım 2007: Çemberin Dışında 2008: Gece Gündüz 2009: Aile Saadeti 2009: Bu Kalp Seni Unutur Mu?
Engin Ünal
Engin Ünal (30 sentyabr 1936, Çanqaya – 11 sentyabr 2016) — Türkiyəli keçmiş üzgüçü. Engin Ünal Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Engin Ünal birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:49.0 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Sinan Engin
Sinan Engin (4 noyabr 1964, İstanbul) — Türk futbol şərhçisi, menecer, məşqçi və keçmiş futbolçu. O, karyerasının böyük hissəsini 1974-cü ildə infrastruktur səviyyəsində qatıldığı İstanbulda mərkəzli Beşiktaş C.K.-da keçirib. Engin U18 və U21 səviyyəsində Türkiyəni təmsil edib. Hazırda Beyaz TV-də futbol şərhçisidir.
Engin Arık
Engin Arık (4 oktyabr 1948, İstanbul – 30 noyabr 2007) — türk fizik və Boğaziçi Universitetinin professoru. O, toriumu enerji mənbəyi kimi dəstəkləməsi və CERN-də tam hüquqlu üzv olması ilə tanınırdı. Arık 30 noyabr 2007-ci ildə Atlasjet reys 4203 qəzasında həlak olub. == Ölümü == Arık 30 noyabr 2007-ci ildə Atlasjet reys 4203 qəzasında ölüb. O, potensial türk hissəcik sürətləndiricisi dizaynı üzrə keçirilən dördüncü seminar üçün iki tələbə və üç həmkarı ilə Türkiyənin İsparta şəhərinə səyahət edirdi. === Sui-qəsd iddiaları === Engin Arıkın ölümü ilə bağlı müxtəlif sui-qəsd iddiaları mövcuddur. Arıkın təyyarə qəzasında ölməsindən sonra bəzi qruplar bunun sui-qəsd olduğunu və qəzanın əvvəlcədən planlaşdırıldığını iddia etmişdir. Hətta bu məsələ ilə bağlı istintaq da açılıb və istintaq bu gün də davam edir.
Engin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Возни́чий вызнава́ть лаба́зница на́ нос успоко́ить вруча́ть глясе́ гове́ние йото́ванный о́йкнуть распыли́ться рассы́пчатый щекатить agatize Betsy chase endure Kafir skylounge subfamily treillage wear down болтовня запоздалый намасливать